...

Atıcılıq üzrə Avropa çempionatında son gün - İsveç təmsilçisi qalib oldu

İdman Materials 3 Avqust 2017 17:13 (UTC +04:00)
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürüb
Atıcılıq üzrə Avropa çempionatında son gün - İsveç təmsilçisi qalib oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürüb.

Trend-in məlumatına görə, çempionatın 14-cü günündə 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunub.

Belə ki, atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın son qalibi İsveç təmsilçisi olub. Emil Martinsson 395 xal toplayaraq qızıl medal qazanıb.

Gümüş medala 392 xal toplayan rusiyalı Mixail Azarenko yiyələnib. Finlandiyalı Topi Hulkkonen isə 390 xalla ilk üçlüyü qapayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti