Bakı. Trend:
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu Yunanıstanın "Panatinaykos" klubu ilə qarşılaşıb.
Trend-in məlumatına görə, görüş 1:2 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb. Oyunun 52-ci dəqiqəsində yunanların oyunçusu Moledo öz qapısına qol vurub 1:0. Lakin " Panatinaykos" 63-cü dəqiqədə Lod və 66-cı dəqiqədə Kabezasın qolları ilə iləri çıxıb 1:2.
Beləliklə, "Qəbələ" klubu UEFA Avropa Liqası ilə vidalaşıb.
Qeyd edək ki, "Qəbələ" - "Panatinaykos" qarşılaşmasının ilk oyunu 1:0 hesabı ilə yunanların xeyrinə bitib.