Federasiya: Azərbaycanın güləş yığmalarında vəziyyət yüksək səviyyədədir

Bakı. Trend:
Azərbaycanın güləş yığmalarında vəziyyət yüksək səviyyədədir.
Trend-in məlumatına görə, bunu yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.
E.Cəfərov hər iki komandada hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib: "Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir. İdmançıların hamısı bir neçə gündən sonra başlayacaq dünya çempionatına səylə hazırlaşıblar. Hazırlıq prosesi çox yaxşı səviyyədə gedir. Hamımız ölkəmizi təmsil edəcək güləşçilərdən yüksək nəticələr gözləyirik".
Vitse-prezident komandalarda əhval-ruhiyyənin də çox yüksək olduğunu qeyd edib:
Güləş yığmalarımızın dünya çempionatı üçün HEYƏTİ
Qeyd edək ki, avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.