...

Ukrayna yığmasının baş məşqçisi: Azərbaycan Avropa çempionatının keçirilməsi üçün gözəl şərait yaradıb (FOTO)

İdman Materials 21 Sentyabr 2017 18:12 (UTC +04:00)
Azərbaycan voleybol üzrə Avropa çempionatının keçirilməsi üçün gözəl şərait yaradıb
Ukrayna yığmasının baş məşqçisi: Azərbaycan Avropa çempionatının keçirilməsi üçün gözəl şərait yaradıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan voleybol üzrə Avropa çempionatının keçirilməsi üçün gözəl şərait yaradıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukrayna milli komandasının baş məşqçisi Qariy Yegiazarov deyib.

Turnir haqqında fikirlərini bölüşən məşqçi qeyd edib ki, qrupdan çıxmaq üçün Ukrayna çox çalışmalı olacaq: “Bizim qrupumuz çox çətindir, demək olar ki, dünyanın ən güclü qrupudur. Bu qrupda hazırki Avropa çempionu Rusiya, eləcə də Avropanın iki ən güclü komandaları Türkiyə və Bolqarıstan yer alıb. Bizim əsas məqsədimiz qrupdan çıxmaqdır, amma bunun üçün çox çalışmaq lazım olacaq”.

Q.Yegiazarovun sözlərinə görə, Azərbaycan milli komandası Avropa çempionatının favoritlərindən biridir: “Əsas favoritlər Rusiya, Hollandiya və Serbiya komandalarıdır. Ev sahibi Azərbaycanı da qeyd edərdim. Son tendensiyalar onu göstərir ki, ev sahibləri yerli turnirlərdə yaxşı çıxış edir”.

Qeyd edək ki, sentyabrın 22-də Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda, B qrupu – Tbilisidə, D qrupunun oyunları isə Göygöldə keçiriləcək. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da Azərbaycan paytaxtında təşkil ediləcək.

Yarışda 16 komanda mübarizə aparacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstan, Avro-2015-in mükafatçıları Rusiya, Niderland və Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmalarıdır. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti