...

"Qarabağ" yoxlama oyunu keçirəcək

İdman Materials 7 Oktyabr 2017 10:17 (UTC +04:00)
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə "Qarabağ" hazırlıqlarını davam etdirir.
"Qarabağ" yoxlama oyunu keçirəcək

Bakı. Trend:

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə "Qarabağ" hazırlıqlarını davam etdirir.

Trend-in məlumatına görə, komanda gündə bir dəfə olmaqla klubun bazasında məşq edir. Milli yığmalara dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.

"Qarabağ" oktyabrın 7-si, saat 16:30-da "Azərsun Arena"da "Sumqayıt"la yoxlama oyunu keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti