...

"Qarabağ"dan tarixi qələbə

İdman Materials 16 Oktyabr 2017 16:03 (UTC +04:00)
"Qarabağ" Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb.
"Qarabağ"dan tarixi qələbə

Bakı. Trend:

"Qarabağ" Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb.

Trend PFL-ə istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi buna Premyer Liqanın VIII turunun “İnter”lə görüşündə nail olub. Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir.

Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti