Bakı. Trend:
Oktyabrın 30-da "Qarabağ" futbol klubu "Vanda Metropplitano" stadionunda "Atletiko Madrid"lə oyundan qabaq məşq keçirib.
Matç oktyabrın 31-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək və Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Xatırladaq ki, Bakı Olimpiya stadionunda komandalar arasında keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatmışdı.