...

Bədii gimnastika üzrə 2-ci Sumqayıt açıq birinciliyi keçirilir (FOTO)

İdman Materials 9 Noyabr 2017 12:16 (UTC +04:00)
Bədii gimnastika üzrə "Sumqayıt əfsanəsi" 2-ci Sumqayıt açıq birinciliyinə start verilib.
Bədii gimnastika üzrə 2-ci Sumqayıt açıq birinciliyi keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Sumqayıt Olimpiya Kompleksində bədii gimnastika növü üzrə "Sumqayıt əfsanəsi" 2-ci Sumqayıt açıq birinciliyinə start verilib.

Trend-in məlumatına görə, yarış 2010-2004-cü il təvəllüdlü idmançılar arasında fərdi proqram üzrə keçirilir.

Ümumilikdə 105 gimnastın qatıldığı yarışda Bakıdan 7 və regionlardan 9 klubun təmsilçiləri öz çıxışlarını nümayiş etdirirlər.

Qalib idmançılar yaş kateqoriyasına əsasən Bakı və regionlar üzrə ayrıca mükafatlandırılacaq.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti