...

Buffon İtaliya yığmasında karyerasını başa vurub

İdman Materials 14 Noyabr 2017 03:22 (UTC +04:00)
İtaliya yığmasının qapıçısı və kapitanı Canluici Buffon yığma komandada karyerasını başa vurub
Buffon İtaliya yığmasında karyerasını başa vurub

Bakı. Trend:

İtaliya yığmasının qapıçısı və kapitanı Canluici Buffon yığma komandada karyerasını başa vurub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İtaliya yığmasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən gün İtaliya yığması İsveç yığması ilə DÇ-2018 "play-off" mərhələsində cavab oyunu keçiriblər. Oyun 0:0 hesabı ilə başa çatıb. Beləliklə, İsveç yığması DÇ-2018 vəsiqə qazanıb, İtaliya yığması isə son 60 ildə ilk dəfə Dünya Çempionatında iştirak etməyəcək. Qeyd edək ki, ilk oyun 1:0 hesabı ilə isveçlilərin qələbəsi ilə yekunlaşmışdı.

Xəbər lenti

Xəbər lenti