...

Paytaxt məktəblisi IV dəfə çempion olub (FOTO)

İdman Materials 21 Noyabr 2017 10:15 (UTC +04:00)
Paytaxt məktəblisi növbəti dəfə stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibi adını qazanıb.
Paytaxt məktəblisi IV dəfə çempion olub (FOTO)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 229 nömrəli tam orta məktəbin III sinif şagirdi Adil Əhmədzadə paytaxtda 12 və daha kiçik yaşlı 108 tennisçinin iştirak etdiyi yarışda oğlanlar arasında I yerə layiq görülüb.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Məktəbli kubok və diplomla təltif olunub.

Qeyd edək ki, A.Əhmədzadə bu turnirdən əvvəl 3 dəfə stolüstü tennis üzrə Azərbaycan çempionu olub. O, bu uğurlarını 2015-2017-ci illər ərzində əldə edib.

Həmçinin, A.Əhmədzanin tərkibində olduğu komanda Moldovada keçirilən beynəlxalq yarışda I yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti