...

Deputatlar və parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək

İdman Materials 20 Dekabr 2017 13:10 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər.

F.Muradov deyib ki, bu gün ölkəmizdə idmanın o sahəsi yoxdur ki, uğurlu nəticələri olmasın: "Artıq bunu bütün dünya qəbul edir. Bütün bunlar təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan böyük qayğısının nəticəsidir. Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri F.Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb.

Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti