...

Azərbaycan məşqçisi və gimnastı Əlcəzairdə master-klas keçir

İdman Materials 5 Yanvar 2018 14:31 (UTC +04:00)
Bədii gimnastika üzrə milli komandamızın məşqçisi Lalə Məhərrəmova və gimnastımız Zöhrə Ağamirova master-klas keçmək üçün Əlcəzairə yollanıblar.
Azərbaycan məşqçisi və gimnastı Əlcəzairdə master-klas keçir

Bakı. Trend:

Bədii gimnastika üzrə milli komandamızın məşqçisi Lalə Məhərrəmova və gimnastımız Zöhrə Ağamirova master-klas keçmək üçün Əlcəzairə yollanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Afrika Oyunlarına hazırlaşan Əlcəzairin bədii gimnastika üzrə yığma komandasının üzvlərinə ustad dərsləri keçən təmsilçilərimiz, onlara bir sıra elementlər nümayiş etdirib və çıxış proqramlarına düzəlişlər ediblər.

Dərslər çərçivəsində məşqçimiz və gimnastımızla görüşən Əlcəzairin Bədii Gimnastika Federasiyasının prezidenti Zahi Sofiane həmvətənlilərimizə böyük diqqət göstərərək onlara “Təşəkkür” plaketi təqdim edib.

Dekabrın 23-də başlayan master-klas yanvarın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti