...

"Neftçi" heyətinə yeni futbolçu cəlb etdi

İdman Materials 9 Yanvar 2018 17:50 (UTC +04:00)
"Neftçi" PFK heyətinə yeni futbolçu cəlb edib.
"Neftçi" heyətinə yeni futbolçu cəlb etdi

Bakı. Trend:

"Neftçi" PFK heyətinə yeni futbolçu cəlb edib.

Trend kluba istinadən məlumat verir ki, müdafiəçi İlkin Qırtımovla növbəti mövsümün sonunadək müqavilə bağlanıb.

27 yaşlı futbolçu milli komandanın heyətində 5 oyun keçirib. Bundan əvvəl "Keşlə"də çıxış edib.

Bundan başqa, "Neftçi" futbolçu Uqo Barqasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Qəbələ"dən Aqil Məmmədov və "Binə"dən Fərid Abbaslını transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti