...

Tarixdə İLK - Futbol klubu bitkoinlə futbolçu aldı

İdman Materials 31 Yanvar 2018 17:42 (UTC +04:00)
Türkiyədə həvəskar “Harunustaspor” futbol klubu bitkoinlə futbolçu transfer edib
Tarixdə İLK - Futbol klubu bitkoinlə futbolçu aldı

Bakı. Trend:

Türkiyədə həvəskar “Harunustaspor” futbol klubu bitkoinlə futbolçu transfer edib.

Trend-in məlumatına görə, klub Ömər Faruq Kiroğlunu 0,0524 bitkoinə (547 dollar) əldə edib.

“Harunustaspor” Türkiyədə Sakarya vilayət həvəskarlar liqasında çıxış edir.

Qeyd edək ki, ötən ilin dekabrında Danimarkanın yüksək hokkey liqasında çıxış edən “Ranqsted Sayer Kepital” klubu oyunçulara əməkhaqqını bitkoinlərlə almağı təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti