...

Ukraynalı gimnast Milli Gimnastika Arenası barədə təəssüratlarından danışıb (FOTO)

İdman Materials 14 Mart 2018 18:32 (UTC +04:00)
İdman gimnastikası üzrə FIG Dünya Kubokunun keçiriləcəyi Bakı Milli Gimnastika Arenası möhtəşəmdir və səhnədə yarışların təşkil olunmasına imkan yaradır.
Ukraynalı gimnast Milli Gimnastika Arenası barədə təəssüratlarından danışıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

İdman gimnastikası üzrə FIG Dünya Kubokunun keçiriləcəyi Bakı Milli Gimnastika Arenası möhtəşəmdir və səhnədə yarışların təşkil olunmasına imkan yaradır.

Bunu Trend-ə ukraynalı gimnast Andrey Seniçkin deyib.

O qeyd edib ki, Bakıdakı Dünya Kuboku ilin ilk iri yarışıdır:

“Buna qədər mən Sloveniya və Almaniyada Dünya Kuboku mərhələlərində iştirak etmişəm. Bakıya ilk dəfədir ki, gəlirəm. Təəssüratlarım yaxşıdır. Bakı çox gözəl şəhərdir. Gimnastika zalı möhtəşəmdir. Burada təşkilatçılıq səviyyəsi çox yüksəkdir”.

Gimnast əlavə edib ki, o bu turnirdə yalnız bir növdə iştirak edəcək: “Mən dəstəli at üzərində hərəkətlərdə iştirak edəcəyəm və mənim maksimum hədəfim finala vəsiqə qazanmaqdır. Ukrayna bu yarışda geniş tərkibdə təmsil olunub. Kiş və qadınlar arasında hər birində 4 gimnast ölkəmizi təmsil edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti