...

Gürcüstanlı gimnast: Bakıda keçirilən yarışlarda hər şey yüksək səviyyədədir

İdman Materials 15 Mart 2018 17:52 (UTC +04:00)
Bakıda keçirilən yarışlarda hər şey yüksək səviyyədədir.
Gürcüstanlı gimnast: Bakıda keçirilən yarışlarda hər şey yüksək səviyyədədir

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən yarışlarda hər şey yüksək səviyyədədir.

Bunu Trend-ə gürcüstanlı gimnast Konstantin Kuzovkov deyib.

Gimnastın sözlərinə görə, o, idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlər üzrə təsnifat mərhələsindəki çıxışından razı qalıb:

“Normal çıxış alındı. Əvvəldə bir qədər həyəcan var idi, amma kombinasiyaları yaxşı keçdim. Mən üçüncü yeri tutdum və finala çıxdım. Ümid edirəm ki, sabah qalib gələcəyəm, ya da ən azı üçlükdə yer alacağam”.

O, turnirdəki gözəl mühiti də qeyd edib: “Ötən il mən burada ilk dəfə iştirak etmişdim, Bakıda hər şey yüksək səviyyədədir. Sabah dayaqla tullanmada iştirak edəcəyəm və finala çıxmağa çalışacağam”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti