...

Çempionlar Liqasında ¼ finalın püşkü atıldı

İdman Materials 16 Mart 2018 15:17 (UTC +04:00)
UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma mərasimi keçirilib.
Çempionlar Liqasında ¼  finalın püşkü atıldı

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkə əsasən bu mərhələdə qarşılaşacaq komandalar müəyyənləşib.

Püşkatmanın nəticəsi:

“Barselona” (İspaniya) - “Roma” (İtaliya)
“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya) - “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları isə 10-11 aprel tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti