...

Bakıda Belarus gimnastı dayaqlı tullanma yarışının qalibi olub (FOTO)

İdman Materials 18 Mart 2018 13:00 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqlı tullanma yarışının qalibi məlum olub.
Bakıda Belarus gimnastı dayaqlı tullanma yarışının qalibi olub (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqlı tullanma yarışının qalibi məlum olub.

Trend-in məlumatına görə, Belarus idmançısı Pavel Bulauski 14.283 balla bütün rəqiblərini qabaqlayıb.

Filippin təmsilçisi Karlos Edriel Yulo ikinci (14.183 bal), gürcüstanlı Konstantin Kuzovkov isə 14.133 balla üçüncü olub.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti