Bakı. Trend:
1 Aprel Boulinq üzrə Azərbaycan Çempionatının növbəti turu keçiriləcək.
"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan boulinq federasiyasının mətbuat katibi Nail Əliyevin açıqlamasına əsasən turnir Gənclik Mall-da yerləşən, ONTOP Bowling mərkəzində keçiriləcəkdir.
Yeni reqlamentə əsasən ötən illərdən fərqli olaraq bu mövsüm idmançılar altı deyil, səkkiz tur yarışacaqlar. Aprelin 22-si 8-ci yekun tur keçiriləcək, mayın 13-ü isə Azərbaycan Kuboku uğrunda mübarizəyə start veriləcək.
Qeyd edək ki, Boulinq üzrə Azərbaycan çempionatının rəsmi tərəfdaşı Ailə TV televiziya və internet xidmətləri operatorudur. Yarışın qaliblərinə Ailə TV tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq. Eyni zamanda yarışın digər tərəfdaşları Part-a-Part, Choko Time və Az-Granata brendləridir.