...

Nikolay Makarov: Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa Çempionatının yüksək səviyyədə təşkilinə əminik (FOTO)

İdman Materials 9 Aprel 2018 19:53 (UTC +04:00)
Rusiya nümayəndə heyəti Bakıda keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatının yüksək səviyyədə təşkilinə əmindir.
Nikolay Makarov: Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa Çempionatının yüksək səviyyədə təşkilinə əminik (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiya nümayəndə heyəti Bakıda keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatının yüksək səviyyədə təşkilinə əmindir.

Bu barədə Trend-ə Rusiya nümayəndə heyətinin rəhbəri, Batutla Tullanma Federasiyasının prezidenti Nikolay Makarov deyib:

"Bakıda çox yaxşı arena, peşəkar kollektiv var. Sizin çox gözəl zalınız, yarışların təşkilində yaxşı təcrübəniz var. Əminəm ki, qarşıdan gələn yarışlar yüksək səviyyədə keçiriləcək".

Rusiyalı gimnastlardan gözləntilərinə toxunan N.Makarov bütün idmançıların qələbə üçün Bakıya gəldiyini qeyd edib:

"Bütün idmançılar yaxşı hazırlaşıb, komanda kifayət qədər güclüdür. Biz bütün növlərdə təmsil olunuruq və Bakıya 50 idmançı ilə gəlmişik. Ən yaxşı yerlər uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, 12-15 aprel tarixlərində Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatı keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən 400-dən çox idmançı iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti