...

ÇL: "Liverpul" və "Roma" yarımfinalda

İdman Materials 11 Aprel 2018 00:48 (UTC +04:00)
Aprelin 10-u UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk cavab oyunları keçirilib
ÇL: "Liverpul" və "Roma" yarımfinalda

Bakı. Trend:

Aprelin 10-u UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, İspaniyanın "Barselona" klubu İtaliyanın "Roma" klubunun qonağı olub. İlk oyunda 4:1 hesabı ilə qələbə qazana İspaniya təmsilçisi cavab oyununda 3:0 hesabı ilə məğlub olub.

Digər oyun iki İngiltərə təmsilçisi "Mançester Siti" və "Liverpul" arasında keçirilib. İlk oyunda səfərdə 3:0 hesabı ilə məğlub olan Mançester təmsilçiləri doğma stadiondada qələbə qazana bilməyiblər - 1:2.

Beləliklə, İtaliyanın "Roma" klubu və İngiltərənin "Liverpul" klubu növbəti mərhələyə vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti