Bakı. Ənvər Məmmədov - Trend:
Bu gün Bakıda Milli Gimnastika Arenasında qadınlar arasında batutda tullanma üzrə 26-cı Avropa çempionatının finalçıları məlum olub.
Trend-in məlumatına görə, finala Yana Pavlova və İrina Kundius (Rusiya), Anna Qonçarova (Belarus), Ketrin Drisskol (Böyük Britaniya), Anna Rente və Beatris Martiniş (Portuqaliya), Natalya Moskvina (Ukrayna) və Romu Pol (Niderland) yüksəliblər.