...

Azərbaycan yığmasının baş məşqçisi: Komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu

İdman Materials 24 Aprel 2018 13:19 (UTC +04:00)
Ötən gün komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu.
Azərbaycan yığmasının baş məşqçisi: Komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu

Bakı. Ənvər Məmmədov - Trend:

Ötən gün komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyeva deyib.

O bildirib ki, heç vaxt konkret nəticələr gözləmir:

“Dünən də medal gözləmirdim. Mənim üçün vacib olan onların təmiz çıxış etmələri idi. Həm də evdə çıxış etmək həmişə çətin olur, hamı səndən yaxşı nəticə gözləyir. Ona görə də bürünc medal mənim üçün xoş sürpriz oldu”.

Baş məşqçi deyib ki, hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, qızlar lazımi səviyyədə çıxış etdi:

“Deyə bilərəm ki, komanda hesabında bürünc medal çox yaxşı nəticədir. Amma əgər azarkeşlər üçün nəticə vacibdirsə, məşqçi üçün ən vacibi həm də idmançıların çıxışı, onların səhvləridir. Bizim gənc qızlarımız var, onların dördü də çox perspektivlidir, amma təcrübələri çox azdır. Onlar beynəlxalq arenada bu ilin əvvəlindən çıxış etməyə başlayıblar. Mən şadam ki, onlar dörd hərəkətdən üçünü təmiz icra etdilər. İndi səhvlər üzərində işləmək lazımdır”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti