...

Cüdo üzrə Avropa çempionatına start verildi

İdman Materials 27 Aprel 2018 10:02 (UTC +04:00)
İsrailin Tel-Əviv şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.
Cüdo üzrə Avropa çempionatına start verildi

Bakı. Trend:

İsrailin Tel-Əviv şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın ilk günü cüdoçularımızdan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. Xorvatiya, İsrail, Portuqaliya təmsilçilərinə qalib gələn Orxan yarımfinalda Sloveniya, 3-cü yer uğrunda görüşdə isə Belarus cüdoçusuna uduzaraq 5-ci yeri tutub. Bu çəkidə yarışan digər idmançımız Nicat Şıxəlizadə isə qitə çempionatında 7-ci yerdə qərarlaşıb.

Yarışın ilk günündə mübarizə aparan qadın cüdoçularımız isə ilkin mərhələdə rəqiblərinə məğlub olublar.

Digər çəki dərəcələrində yarışan millimizin üzvləri görüşlərini aprelin 27-i və 28-də keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti