...

Bolqarıstanın müvəqqəti işlər vəkili: Bakıdakı gimnastika arenası unikaldır

İdman Materials 27 Aprel 2018 20:55 (UTC +04:00)
Bakıdakı milli gimnastika arenası olduğum ən yaxşı idman arenalarından biridir.
Bolqarıstanın müvəqqəti işlər vəkili: Bakıdakı gimnastika arenası unikaldır

Bakı. Trend:

Bakıdakı milli gimnastika arenası olduğum ən yaxşı idman arenalarından biridir.

Bunu Trend-ə Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev deyib.

Diplomat bildirib: "Sizin arenanız bizə doğma evimiz kimidir. Bu, olduğum ən yaxşı idman arenalarından biridir. Mən Avropanın bir çox yerində olmuşam, lakin Bakıdakı tikinti unikaldır. Bədii gimnastika üzrə Dünya Kubokunun təşkilatçılığı sadəcə möhtəşəmdir. Digər yarışları da sizin federasiya ən yüksək səviyyədə təşkil edir".

Y.Yanakiyev eyni zamanda Dünya Kubokunun açılış mərasimini və Bbolqarıstan komandasının iştirakını da yüksək qiymətləndirib.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Aprelin 29-dək davam edəcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən
yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF
Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti