Bakı. Əli Mustafayev - Trend:
Gözəl Bakı şəhərində Formula 1-in təşkilatçılıq səviyyəsi yüksəkdir.
Bunu Trend-ə qazaxıstanlı turist Aslanbek Maldiyev deyib.
O bildirib ki, Formula 1 yarışının keçirilməsi Bakıya və Azərbaycana turist axınının artmasına müsbət təsir göstərəcək:
“Ümid edirəm ki, bu cür tədbirlərə gələn turistlərin sayı ildən-ilə artacaq. Qardaş Azərbaycanın bu cür tədbirlər keçirməsi yalnız sevindirə bilər”.
Qeyd edək ki, Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.
Yarışın ikinci günündə Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb. Sərbəst yürüşdə 10 komandadan 20 pilot iştirak edir.
Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.