Bakı. Cani Babayeva - Trend:
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda təşkilatçılıq səviyyəsi yüksəkdir.
Bunu Trend-ə gimnastika azarkeşi Oksana Sorokina deyib.
O qeyd edib: "Biz belə yarışlara internet vasitəsilə baxırıq. Bakıdakı yarışlar isə təkcə zalda xalça üzərində keçirilməsi deyil, idmançıların çıxışı baxımından da fərqlənir".
Azarkeş qeyd edib ki, Milli Gimnastika Arenasında keçirilən yarışları qaçırmamağa çalışır: "Estetik zövq almaq üçün gəlirəm, çünki bu idman növü xoşuma gəlir".
O, Azərbaycan gimnastlarına azarkeşlik etdiyini və onlara görə həyəcan keçirdiyini bildirib:
"Tamaşaçıların dəstəyi olmadan yarışlar belə maraqlı alınmazdı. Nə qədər çox azarkeş olsa, gimnastlara da çıxış etmək bir o qədər xoş olar".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.