Bakı. Trend:
İspan futbol klubu "Barselona" ölkə çempionatının sonuna bir neçə tur qalmış birinciliyi təmin edib.
Trend-in məlumatına görə, komandanın erkən çempion olması kataloniyalıların səfərdə "Deportivo" klubunu 2:4 hesabı ilə məğlub etdiklərindən sonra müəyyənləşib.
Erkən çempionun hesabında hal-hazırda 84 xal var, Deportivo isə 28 xalla 18-cidir.
Qollar: Filipe Koutinyo (7), Messi (38, 82, 85), Lukas Peres (40), Emre Çolak (64)