Bakı. Trend:
Dağıstanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışacaq.
60 kq
1/4 final - Murad Məmmədov - M.Kajarski (Belarus) / Elçin Əli (Türkiyə)
67 kq
1/8 final - Elman Muxtarov - Artem Surkov (Rusiya)
72 kq
1/16 final - M.Dağ (Türkiyə) - Rəsul Çunayev
82 kq
1/8 final - Rafiq Hüseynov - E.Babayan (Polşa) / Z.Datunaşvili (Gürcüstan)
97 kq
1/8 final - T.Soost (Slovakiya) - Orxan Nuriyev
Qeyd edək ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır. Güləşçilərimizdən Elvin Mürsəliyev və İslam Abbasov hərəyə iki görüş, Eldəniz Əzizli isə bir görüşü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. Hər üç güləşçimizin yarımfinalda rəqibi Rusiya idmançısı olub.
55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli yarımfinal görüşündə 1:7 hesabla geridə olmasına baxmayaraq mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib və finala yüksəlib. Finalda Eldəniz Estoniya idmançısı ilə qarşılaşacaq.
Elvin Mürsəliyev (77 kq) ikiqat Olimpiya çempionu Roman Vlasovla görüşdən məğlub ayrılıb və bürünc medal görüşünə haqq qazanıb. 87 kq-da mübarizə aparan İslam Abbasov da gərgin keçən qarşılaşmada rəqibinə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb. Güləşçilərimizin rəqibləri təsəlliverici görüşlərdən sonra məlum olacaq.