...

Stadnik Avropa çempionatının yarımfinalında (FOTO)

İdman Materials 2 May 2018 14:03 (UTC +04:00)

Bakı. Trend:

Dağıstanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulublar.

50 kq
1/2 final - Mariya Stadnik
1/4 final - Mariya Stadnik - Milana Dadaşeva (Rusiya) 10:0
1/8 final - Mariya Stadnik - J.Şellin (Almaniya) 10:0

55 kq
1/4 final - Bediha Gün (Türkiyə) - Solmaz Həşimzadə

59 kq
1/4 final - M.Hristova (Bolqarıstan) - Tatyana Omelçenko 8:3

68 kq
1/8 final - Buse Tosun (Türkiyə) - İrina Netreba 8:5

76 kq
1/4 final - Z.Nemet (Macarıstan) - Səbirə Əliyeva

Qeyd edək ki, artıq güləşçilərimiz günü Avropa çempionatında 1 qızıl və 1 bürünc medalla başa vurub. Belə ki, 55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli qızıl, Elvin Mürsəliyev (77 kq) isə bürünc medal qazanıb.

İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəlib. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti