...

“Atletiko Madrid” üçüncü dəfə Avropa Liqasının qalibi oldu

İdman Materials 17 May 2018 00:49 (UTC +04:00)
Avropa Liqasının final oyunu keçirilib.
“Atletiko Madrid” üçüncü dəfə Avropa Liqasının qalibi oldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa Liqasının final oyunu keçirilib.

Trend-in məlumatına görə, “Atletiko Madrid”lə “Olimpik Marsel” arasında Fransanın Lion şəhərində keçirilən oyunda İspaniya təmsilçiləri qalib gəliblər.

Oyun 0:3 hesabı ilə yekunlaşıb. Hesabı oyunun 21-ci dəqiqəsində “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizman açıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Qrizman dubl edərək hesab fərqini daha da artırıb – 0:2.

Nəhayət oyunun 89-cu dəqiqəsində Qabi son nöqtəni qoydu – 0:3. Beləliklə “Atletiko Madrid” üçüncü dəfə UEFA Avropa Liqasının qalibi oldu.

Qeyd edək ki, ispaniyalılar daha öncə 2010 və 2012-ci illərdə də turnirin qalibi olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti