Qadın boksçumuz Avropa çempionatına qatılıb

İdman Xəbər 6 İyun 2018 13:16 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb. İyunun 12-dək davam edəcək yarışa Azərbaycan yığması da qatılıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi çempionatda Məryəm Cəbrayılova təmsil edir. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçumuz ilk döyüşünə iyunun 7-də çıxacaq. Birinci görüşdən azad olan idmançımız 1/8 finalda türkiyəli Gülüzar Kara ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında 32 ölkənin 146 boksçusu mübarizə aparır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti