Bakı. Trend:
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, çempionatın üçüncü günündə baş tutan ikinci oyunda D qrupu üzrə Argentina - İslandiya milliləri üz-üzə gəlib.
Saat 20:00-da C qrupu üzrə Peru - Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya - Nigeriya arasında oyunlar keçiriləcək.
Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.
Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.
İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.