...

DÇ-2018: Umtitinin yeganə qolu Fransanı finala yüksəltdi (VİDEO)

İdman Materials 10 İyul 2018 23:54 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının ilk yarımfınal oyunu keçirilib.
DÇ-2018: Umtitinin yeganə qolu Fransanı finala yüksəltdi (VİDEO)

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının ilk yarımfınal oyunu keçirilib.

Trend-in məlumatına görə, Sankt-Peterburqda Fransa və Belçika komandaları arasında keçirilən oyunda fransızlar sevinib. Oyun minimal hesabla bitib – 1:0.

Matçın yeganə qolunu 51-ci dəqiqədə yarımmüdafiəçi Umtiti vurub.

Beləliklə, mundialın ilk finalçısı Fransa yığmasıdır. Onun rəqibə sabah Xorvatiya-İngiltərə oyununda qalib gələcək komanda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti