...

Tamaşaçı: Milli Gimnastika Arenasında yarışların təşkili yüksək səviyyədədir

İdman Materials 11 Avqust 2018 19:20 (UTC +04:00)
Azərbaycanda gimnastika irəliyə gedir, sürətlə inkişaf edir
Tamaşaçı: Milli Gimnastika Arenasında yarışların təşkili yüksək səviyyədədir

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanda gimnastika irəliyə gedir, sürətlə inkişaf edir.

Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Nərgiz Məmmədova deyib.

N.Məmmədova deyib: "Bütün Azərbaycan gimnastlarına uğur, böyük nailiyyətlər, onların ölkəmizi beynəlxalq turnirlərdə və çempionatlarda ləyaqətlə təmsil etmələrini arzu edirəm".

Tamaşaçı vurğulayıb ki, Milli Gimnastika Arenasında yarışlara tez-tez gedir: "Bu gün bizim qızlara azarkeşlik etməyə və dəstək göstərməyə gəlmişik. Tədbirin təşkili həmişəki kimi yüksək səviyyədədir".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.

Bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti