...

Fabio Koentrao “Real”dan birdəfəlik ayrılıb

İdman Materials 1 Sentyabr 2018 07:57 (UTC +04:00)
Portuqaliyalı müdafiəçi Fabio Koentrao ”Real”la müqaviləsinə xitam verərək klubdan ayrılıb.
Fabio Koentrao “Real”dan birdəfəlik ayrılıb

Bakı. Tural Turan - Trend:

Portuqaliyalı müdafiəçi Fabio Koentrao ”Real”la müqaviləsinə xitam verərək klubdan ayrılıb. Trend-in məlumatına görə, 30 yaşlı futbolçu azad agent statusunda Portuqaliyaya qayıdıb.

Koentrao karyerasına yetişdirməsi olduğu “Riu Ave” klubunda davam edəcək. O, əvvəllər 2005-2007-ci illərdə klubun şərəfini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti