...

"Yuventus"un baş direktoru Marotta klubdan gedəcəyini bildirib

İdman Materials 30 Sentyabr 2018 02:19 (UTC +04:00)
İtaliyanın "Yuventus" klubunun baş direktoru Cuzeppe Marotta klubu tərk edir
"Yuventus"un baş direktoru Marotta klubdan gedəcəyini bildirib

Bakı. Trend:

İtaliyanın "Yuventus" klubunun baş direktoru Cuzeppe Marotta klubu tərk edir.

Trend-in "Football Italia"ya istinadən verdiyi məlumata görə, bu barədə baş direktorun özü məlumat verib.

Baş direktor deyib: "Bu çox gözəl səkkiz il oldu, "Yuventus" həmişə qəlbimdə olacaq. Mən öz gedişim barədə elan etmək istəyirəm, çünki bazar ertəsi klubun direktorlar siyahısı dərc olunacaq və orada mənim adım olmayacaq".

C.Marotta qeyd edib ki, mənim klubla razılaşmam oktyabrın 25-də başa çatır və biz onu uzatmayacağıq: "Dəqiq deyə bilərəm ki, mən İtaliya futbol federasiyasının prezidenti vəzifəsinə namizəd olmayacağam, bu, hazırda məni maraqlandırmır. Daha sonra biz mövcud vəziyyəti daha ətraflı izah edəcəyik".

Qeyd edək ki, C.Marotta 2010-cu ilin may ayında "Yuventus"un baş direktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti