Bakı. Tural Turan - Trend:
Futbol üzrə Azərbaycan Çempionatı 6-cı turu çərçivəsində keçirilən “Qəbələ” – “Keşlə” oyunu başa çatıb. Trend-in məlumatına görə, “matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Keşlə"nin hücumçusu Amil Yunanov açıb.
"Qəbələ" bərabərlik qolunu 76-cı dəqiqədə vurub. Nəzarətsiz qalan Stiven Monroz topu "Keşlə"nin qapısına göndərib.
Bu nəticədən sonra "Qəbələ" xallarını 5-ə, "Keşlə" isə 2-yə yüksəldib. Komandalar müvafiq olaraq, 7 və 8-ci pillələrdə qərarlaşıblar.