...

Güləş yığmalarımız dünya çempionatına hazırlığı davam etdirir

İdman Materials 11 Oktyabr 2018 16:23 (UTC +04:00)

Bakı. Trend:

Güləş yığmalarımız Macarıstanda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadınlardan ibarət millimiz Türkiyədə, sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız isə vətəndə təlim-məşq toplanışı keçir.

Sabah həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 11:00-da Olimpiya Güləş Mərkəzində başlayacaq hazırlıq prosesində baş məşqçilər – Firdovsi Umudov və Şaban Donat jurnalistlərin suallarını cavablandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti