Bakı. Trend:
Noyabrın 4-də bir qrup gənc qarşıdan gələn 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Niyaldağ zirvəsinə (2065 metr) yürüş edib.
Trend-in məlumatına görə, "Everest” İdman Klubunun təşkilatçılığı keçirilən yürüşün istirakçılarının sayı 39 nəfər olub.
Başlanğıc nöqtəsi Lahıc qəsəbəsi olan yürüşün məsafəsi ümumilikdə 16 km təşkil edib, müddəti isə təqribən 6 saat (gediş və qayıdış) çəkib.
Uğurla başa çatan yürüş gənclərə dağçılıq vərdişlərini aşılamaq məqsədi daşıyıb.