...

Futbolçuları aparan avtobus aşdı - Ölənlər və yaralananlar var

İdman Materials 12 Noyabr 2018 12:26 (UTC +04:00)
Peruda gənclərdən ibarət futbol komandasını aparan avtobus qəzaya uğrayıb.
Futbolçuları aparan avtobus aşdı - Ölənlər və yaralananlar var

Bakı. Trend:

Peruda gənclərdən ibarət futbol komandasını aparan avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus uçuruma düşüb.

Məlumata görə, nəticədə 7 yeniyetmə futbolçu ölüb, daha 11-i yaralanıb.

Ölənlərin yaxınları meyitləri tanıdıqdan sonra təhvil alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfər artıq evə buraxılıb.

Perunun Futbol Federasiyası hadisə ilə bağlı ölənlərin ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti