...

UEFA Millətlər Liqası: Niderland öz meydanında Fransaya qalib gəldi - 2:0 (VİDEO)

İdman Materials 17 Noyabr 2018 01:44 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Niderland yığma komandası Fransa millisi üzərində qələbə qazanıb.

Trend-in məlumatına görə, oyun UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində, Rotterdamda “De Kuip” (“Feyenoord”) stadionunda keçirilib.

Oyunda hesabı 44-cü dəqiqədə Corcinyo Veynaldum açıb. Oyunun ikinci hissəsinə əlavə edilən vaxtda hakim Fransanın qapısına penalti təyin edib. Cərimə zərbəsini Memfis Depay dəqiq yerinə yetirib.

Beləliklə, oyun 2:0 hesabı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti