...

Ukraynalı gimnast: Azarkeşlər mənə güc və əminlik verdi

İdman Materials 17 Noyabr 2018 19:50 (UTC +04:00)
Azarkeşlər çıxışım zamanı mənə güc və əminlik verdi.
Ukraynalı gimnast: Azarkeşlər mənə güc və əminlik verdi

Bakı. Cani Babayeva - Trend:

Azarkeşlər çıxışım zamanı mənə güc və əminlik verdi.

Bunu Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda qadın cütlüklərin tərkibində iştirak edən ukraynalı gimnast Oleksandra-Mariya Tabaçinska deyib.

O, bugünkü çıxışı zamanı həyəcanlı olduğunu qeyd edib: "Qorxuma qalib gələ bilmirdim. Güc və əminliyi mənə azarkeşlər verdi, bizi çox fəal dəstəklədilər".

Ukraynalı idmançı bildirib ki, ona Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur:

"Arena çox gözəldir, burada möhrəşəm ab-hava var. İdmançılar üçün çox rahat şərait yaradılıb".

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti