...

"Botswana International 2018" turnirində Azərbaycan finalı baş tutub

İdman Materials 25 Noyabr 2018 22:44 (UTC +04:00)
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Botsvananın paytaxtı Qaboronedə keçirilən "Botswana International 2018" turnirində 3 medal qazanıblar
"Botswana International 2018" turnirində Azərbaycan finalı baş tutub

Bakı. Trend:

Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Botsvananın paytaxtı Qaboronedə keçirilən "Botswana International 2018" turnirində 3 medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətində Trend-ə verilən məlumata görə, ilk dəfə beynəlxalq turnirin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Edi və Ezmi yarımfinala gedən yolda bütün rəqiblərinə set vermədən 2:0 hesabı ilə qalib gəliblər.Edi yarımfinalda Misir badmintonçusu Adham Hatem Elcamalı 2:0 (21-7,21-14) hesabı ilə məğlub edib. Ezmi Qovimuramadhoni isə 1/2 finalda Bahaedin Əhməd Əlşanniki eyni hesabla (21-17,21-17) məğlub edib.Həlledici görüşdə Ezmini 2:0 (21-14,21-11) hesabı ilə məğlub edən Edi Reski Dviçayo kişilərin şəxsi yarışında turnirin qalibi adını qazanıb. Finalda həmkarına məğlub olan Ezmi Qovimuramadhoni isə gümüş medala layiq gorülüb. Edi-Ezmi tandemi kişilərin qoşa yarışında da turniri medalla başa vurublar. Bu kateqoriyada yarışa 1/8 finaldan start verən təmsilçilərimiz asanlıqla yarımfinala yüksəlib.Bu mərhələdə Zambiyalı Mark Banda-Nakanda Çezva üzərində 2:0 (21-14,21-14) hesabı ilə qalib gələn təmsilçilərimiz həlledici görüşdə Donald Mabo – Mulenqa Kalombonu eyni hesabla məğlub edib 2:0 (21-9,21-19).

Beləliklə, Azərbaycan badmintonçuları həm şəxsi, həm də qoşa yarışda turnirin qalibi adını qazanıb.

Xəbər lenti

Xəbər lenti