Bakı. Trend:
AFFA İntizam Komitəsi Premyer Liqanın XIII turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edib.
Trend-in məlumatına görə, komitəsinin bu gün keçirilən iclasında qəbul edilən qərara əsasən “Sabah” - “Neftçi” matçının 33-cü dəqiqəsində “Neftçi” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Sabah” klubunun 25 №-li futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub.
“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.
Bundan başqa, “Sumqayıt” - “Səbail” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” - “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Zirə” klubunun 91 №-li futbolçusu Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Qarabağ” - “Keşlə” matçında isə “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.