...

Azərbaycanlı gimnast: Milli Gimnastika Arenası çox gözəldir

İdman Materials 6 Dekabr 2018 18:11 (UTC +04:00)
Milli Gimnastika Arenası çox gözəldir
Azərbaycanlı gimnast: Milli Gimnastika Arenası çox gözəldir

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenası çox gözəldir.

Bunu Trend-ə “Ocaq” idman klubunu təmsil edən gənc gimnast Gülşən Əsgərli bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində çıxışından sonra deyib.

O, bu Arenada çıxış etməkdən məmnun olduğunu bildirib: “Bu zal çox gözəl və böyükdür. Mən burada üçüncü dəfədir ki, çıxış edirəm və ümid edirəm ki, birinci yer tutacağam”.

Öz çıxışı barədə danışan G.Əsgərli bildirib ki, yaxşı çıxış edib və bütün elementləri “təmiz” yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti