...

Gəncədən olan gimnast: Bədii gimnastika üzrə milli komandada çıxış etməyi arzulayıram

İdman Materials 7 Dekabr 2018 16:30 (UTC +04:00)
Mən bədii gimnastika üzrə milli komandanın tərkibində çıxış etməyi arzulayıram
Gəncədən olan gimnast: Bədii gimnastika üzrə milli komandada çıxış etməyi arzulayıram

Bakı. Cani Babayeva - Trend:

Mən bədii gimnastika üzrə milli komandanın tərkibində çıxış etməyi arzulayıram.

Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində iştirak edən Gəncə gimnastı Nərmin Əsgərova deyib.

İdmançı bildirib ki, bu gün yarışlarda pis çıxış etməyib: “Daha yaxşı çıxış edə bilərdim. Çalışacağam ki, gələcəkdə nəticələrimi yaxşılaşdırım. Mən bədii gimnastikanı sevirəm və bu idmanı özüm seçmişəm. Valideynlərim isə məni dəstəkləyib. Ən kiçik yaşlardan mənim bu idmana marağım olub, televizorda gimnastların çıxışlarını maraqla izləmişəm”.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti