Bakı. Trend:
Sərbəst güləş üzrə Azərbaycan yığması yeni ilin hazırlıqlarına start verib. Millimizin ilk təlim-məşq toplanışını ölkə xaricində - Mahaçqalada təşkil olunub.
Trend-in məlumatına görə, komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə hazırlıq keçirlər.
Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək.