...

İngiltərə Premyer Liqası: “Mançester Siti” bu dəfə də qalib gəldi (VİDEO)

İdman Materials 20 Yanvar 2019 23:10 (UTC +04:00)
İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
İngiltərə Premyer Liqası: “Mançester Siti” bu dəfə də qalib gəldi (VİDEO)

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Trend-in məlumatına görə, “Mançester Siti” səfərdə “Haddersfild”in qonağı olub. Görüş “Mançester Siti”nin inamlı qələbəsi ilə başa çatıb.

Qolları Danilo (18-ci dəqiqə), Sterlinq (54-cü dəqiqə) və Sane (56-cı dəqiqə) vurub.

Turun digər oyununda “Fulhem” doğma meydanda “Tottenhem”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıb. 17-ci dəqiqədə F.Lyorente topu öz qapısına göndərib.

51-ci dəqiqədə D.Alli tarazlığı bərpa edib, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Uinks qələbə topunu vurub. “Tottenhem” səfərdə qalib gəlib.

Bununla da, “Maçester Siti” 56 xalla ikinci, “Tottenhem” isə 51 xalla üçüncü pilllərdə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti