...

Şpaqaçılarımız Belqradda keçirilən Dünya Kubokunda çıxış ediblər

İdman Materials 6 Fevral 2019 11:08 (UTC +04:00)
Serbiyanın paytaxtı Belqradda qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Şpaqaçılarımız Belqradda keçirilən Dünya Kubokunda çıxış ediblər

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, gənc şpaqaçılarımızdan Ruslan Həsənov kişilərin şəxsi yarışında qrup mərhələsində keçirdiyi altı görüşün üçündə qalib gələrək pley-offa vəsiqə qazanıb. Pley-offda Macarıstan idmançısı Nandor Zakmari üzərində qələbə qazanan şpaqaçımız 1/64 finalda italiyalı Alessandro Ciniyə məğlub olub.

Qrupda keçirdiyi beş görüşdən üçünü qələbə ilə başa vuran Barat Quliyev isə pley-offda Belarus təmsilçisi İvan Baxvalaunu məğlub edib. O, 1/64 finalda fransalı Teo Kollinə uduzub.

Qrup mərhələsində altı oyunun ikisində uğur qazanan Xalid Əliyev pley-offda rusiyalı Aleksandr Sobolev ilə görüşdən məğlub ayrılıb.

Kənan Məlikzadə isə qrupda keçirdiyi beş görüşün hamısında məğlub olub.

Gənc şpaqaçılarımız komanda yarışında onaltıdabir final mərhələsində Qazaxıstan yığmasına uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti